tehran flag GettyImages 2199945331 900x600 1

Böyük Britaniyanın Baş naziri Kir Starmer bəyan edib ki, ölkəsi İrana qarşı mümkün hərbi əməliyyatlarda iştirak etməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Starmerin sözlərinə görə, belə bir müharibə Böyük Britaniyanın milli maraqlarına uyğun deyil və rəsmi London gərginliyin hərbi deyil, diplomatik yollarla həllinin tərəfdarıdır.

Starmer vurğulayıb ki, regionda sabitliyin qorunması və münaqişələrin genişlənməsinin qarşısının alınması prioritet olaraq qalır.

Baş nazir əlavə edib ki, Böyük Britaniya tərəfdaşları ilə birlikdə vəziyyəti diqqətlə izləyir və mümkün eskalasiyanın qarşısını almaq üçün siyasi və diplomatik səylərini davam etdirəcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: