Braziliya millisinin mətbuat konfransında pişik qalmaqalı – VİDEO

Ötən gün Braziliya millisinin üzvü Vinisius Juniorun mətbuat konfransında qalmaqallı anlar yaşanıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, matçdan əvvəl ənənəvi konfransda iştirak edən “Real”ın futbolçusu danışdığı zaman zala pişik daxil olub.

Pişik zaldakı masanın üzərinə çıxıb və bu zaman Braziliya millisinin mətbuat xidmətinin əməkdaşı əvvəlcə onu sığallayıb. Daha sonra isə o, pişiyi yerə atıb.

“Sambaçılar”ın mətbuat xidmətinin əməkdaşı bu hərəkətindən sonra jurnalistlərin qınağına tuş gəlib. Lakin o, pişiyin mətbuat konfransına maneçilik törətdiyini bildirərək özünə haqq qazandırmağa çalışıb.

Lakin braziliyalıların rəsmisinin hərəkəti sosial şəbəkələrdə də tənqid edilib.