FotoJet 2023 08 18T203437.119 620x403 1

Beynəlxalq Qırmızı Xaç Komitəsi İrəvandakı ofisinin zəbt olunduğunu rəsmən elan etməklə hədələyib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Belə ki, Qırmızı Xaç Komitəsinin İrəvandakı ofisinə bütün giriş və çıxışlar etirazçılar tərəfindən bağlanıb.

Qeyd olunur ki, nümayişçilər Helen Dadayanın cənazəsinin ailəsinin yaşadığı Azərbaycanın Qarabağ bölgəsinə çatdırılmasını tələb edirlər.

Paylaş: