Böyük savaş yaxınlaşır: ABŞ indi də oranı da silahlandırır

ABŞ yaxın zamanlarda Tayvana 500 milyon dollar dəyərində hərbi yardım paketini elan edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi bildirib. Məlumata görə, Tayvan bu silahları Ukrayna üçün müəyyən edilən asanlaşdırılmış sxemlə əldə edəcək. Belə ki, Bayden bu silahları Konqresin icazəsini almadan Tayvana göndərmək haqqına sahib olacağı bildirilib.

Qeyd edək ki, Çinin Tayvana hücum edəcəyi ilə bağlı iddialar artmağa başlayır. Çin lideri bununla əlaqədar olaraq orduya real döyüş vəziyyətlərində hazırlığı artırmaq tapşırığını verib.

İlkin Həsənov
Globalinfo.az