afrika rusiya

Rusiya Afrikada təsirini saxlayır və Moskva qitə ölkələri arasında çoxunun dəstəyinə güvənə bilər.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Tayms” jurnalı çıxış edib.

Jurnal ABŞ-nin Afrikada təsirini gücləndirmək cəhdlərinə baxmayaraq, qitə uğrunda mübarizənin Qərb tərəfindən qazanılması imkanlarının məhdud olduğunu bildirib. Belə ki, ABŞ, Britaniya və Fransa qitədəki mövqelərini təkcə Rusiya və Çinə deyil, eləcə də Türkiyə və Fars körfəzi kimi oyunçulara buraxıblar.

“Tayms” qeyd edib ki, Rusiyanın burada sadə əhali arasında populyarlığının azalmasına baxmayaraq, yerli hökumətlərin onu dəstəkləməsi Moskvanın qitədəki təsirini gücləndirəcək.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: