Bölgə yollarında qarlı vəziyyət – DİN-dən AÇIQLAMA – FOTO

Ölkəyə yağan qar yollarda avtomobillərin və piyadaların hərəkətini çətinləşdirib. Yaranan müxtəlif çətinliklər müvafiq qurumları hərəkətə gətirib.

Globalinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçərək yollarda hərəkətin təmin edilməsi istiqamətində müvafiq işlər görürlər.

Nazirliyin mətbuat xidmətinin rəisi Elşad Hacıyevin verdiyi məlumata görə, polis əməkdaşları paytaxt Bakı ilə yanaşı regionlarda da  təhlükəsizliyi təmin etmək məqsədilə çevik iş aparırlar. Belə ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində gücləndirilmiş iş rejimində xidmətdədirlər.

Nazirlik rəsmisinin sözlərinə görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar. Qarlı, şaxtalı havada hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə polis əməkdaşları səfərbər edilib. Tədbirlər davam etdirilir.

“Bakıdan Sumqayıt şəhəri istiqamətində və Sumqayıt şəhəri ərazisindəki yollarda da polis əməkdaşları tərəfindən hərəkət təşkil olunur. Yollara Yol Patrul Xidməti avtomobillərinin müşaiyəti ilə qum və duz səpilir. Hərəkət tənzimlənir. Təhlükəsizlik tədbirləri davam edir”, – deyə Elşad Hacıyev vurğulayıb.
Bir 3 nəfər, işıqlandırma və avtomobil şəkili ola bilər
Bir 2 nəfər şəkili ola bilər
Bir 2 nəfər, yol, xizək sürən insanlar və mətn şəkili ola bilər
Bir 3 nəfər, avtomobil və yol şəkili ola bilər
Əliyar Xəlil,