BMT-dən Putinə məktub: Lavrov Quttareşlə nəyi müzakirə edib?

ABŞ-nin Nyu-York şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə A.Quterreşin ofisi məlumat yayıb.

BMT-nin Baş katibi Rusiya XİN başçısı ilə Ukrayna müharibəsi, Suriya və Əfqanıstanı müzakirə edib. Quterreş taxıl sazişinin həyata keçirilməsində “son maneələr”lə bağlı narahatlığını ifadə edib.

BMT-nin rəhbəri Lavrova Rusiya Prezidenti Vladimir Putinə taxıl sazişinin genişləndirilməsi və uzadılması təklifləri ilə bağlı məktub da verib. Təşkilatın Baş katibi Rusiyanın taxıl sazişinin həyata keçirilməsi ilə bağlı narahatlığını nəzərə alıb.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT TŞ-nin iclasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.