BMT baş katibi Türkiyəyə təşəkkür edib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

Globalinfo.az bildirir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı “Taxıl dəhlizi” ilə bağlı son hadisələr müzakirə olunub.

Nazir Çavuşoğlu Quterreşə Prezident Ərdoğanın vasitəçiliyi ilə taxıl sazişinin yenidən fəaliyyətinin bərpa olunması üçün ölkəsinin atdığı təşəbbüslər barədə məlumat verib.

Baş katib Quterreş öz növbəsində Türkiyəyə göstərdiyi səylərə görə təşəkkür edib və nəticədən çox məmnun olduğunu bildirib.