hakan blinken

ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, Blinken Hakan Fidanı yeni vəzifəsi münasibətilə təbrik edib.

Tərəflər müxtəlif məsələləri, Türkiyə-Ermənistan, eləcə də Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

Bundan başqa, taxıl razılaşması və F-16-ların modernləşdirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparıblar.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: