“Bizim Market” bağlanır

Ölkənin ilk supermarket şəbəkələrindən olan “Bizim Market” MMC fəaliyyətini dayandıracaq.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu səbəbdən şirkətin 29.12.2023-cü ilə qədər olan dövr ərzində nizamnamə kapitalı azaldılıb.

Qeyd edək ki, şirkət bir müddət öncə “Grandmart”, “Bolmart” və “Megastore” supermarketlər şəbəkələri ilə gələcək fəaliyyətlərini birgə davam etdirmək qərarını almışdı.