Bitkoinin qiyməti son üç ildə ilk dəfə 50 min dolları ötdü

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin dəyəri 3,83% artaraq 50,062 min dollara çatıb.

Globalinfo.az xəbər verir ki, bunu “Coindesk” platformasının məlumatları təsdiq edir.

Qeyd edək ki, bitkoinin qiyməti sonuncu dəfə 27 dekabr 2021-ci ildə 50 min dolları keçib.