Türkiyənin Milli Müdafiə Nazirliyi “Birligin gücü – 2026” hərbi təlimindən maraqlı görüntülər paylaşıb.
Globalinfo.az xəbər verir ki, sözügedən görüntülər nazirliyin “X” sosial media hesabında paylaşılıb.
“Hibrid təhdidlərlə mübarizə və birgə əməliyyat qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə keçirilən təlimdə qəhrəman hərbçilərimiz mürəkkəb şəraitdə qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirirlər. Üç ölkə, vahid iradə, güclü koordinasiya, tam isabət!”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, “Birliyin Gücü – 2026” birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.
Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılqaya” Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən “Qarabağlar” Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim rayonunda təşkil olunur.
🇹🇷🇦🇿🇺🇿 Birliğin gücü, hedefte tam isabet! 🎯
Azerbaycan’ın ev sahipliğinde, Türkiye ve Özbekistan’ın katılımıyla icra edilen Birliğin Gücü-2026 Tatbikatı tüm hızıyla devam ediyor.
Hibrit tehditlerle mücadele ve müşterek harekât kabiliyetinin geliştirilmesi amacıyla gerçekleştirilen tatbikatta, kahraman askerlerimiz zorlu senaryolar altında görevlerini başarıyla icra ediyor.
Üç ülke, tek irade; güçlü koordinasyon, tam isabet! 🇹🇷🤝🇦🇿🤝🇺🇿
#MillîSavunmaBakanlığı
#BirliğinGücü2026— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 28, 2026