images 22

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sistemində problem yaranıb.

Globalinfo.az-a daxil olan məlumata görə, hazırda sistemə giriş mümkün deyil.

Belə ki, dayanacaqlardakı nəzarətçilər avtomobillərə hər hansı bir cərimə yaza bilmirlər. Bu sistem üzərindən hansı avtomibilin qeydiyyatdan keçdiyi və ya keçmədiyini bilmək mümkün deyil.

İddialara görə, bu, haker hücumudur və problem bir saatdan çoxdur davam edir. O da bildirilir ki, sistemin bu cür çökməsi bir neçə dəfədir təkrar olunur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: