owl detail 620 ced308032d6a6996e21dd467c7409c1d

Çində 9 yaşında evdən qaçan qız 22 ildən sonra ailəsi ilə yenidən qovuşub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, hadisə 2004-cü ildə baş verib:

“Həmin vaxt balaca qız dostunun evində oynayarkən təsadüfən hamamda şüşə qabı sındırıb. Anasının onu cəzalandıracağından qorxan uşaq evə qayıtmayaraq yoxa çıxıb. Valideynləri günlərlə onu axtarsalar da, nəticə əldə edə bilməyiblər. Bu müddətdə qız bazarda tapıldıqdan sonra başqa bir ailə tərəfindən övladlığa götürülüb”.

Hazırda 31 yaşı olan qadın könüllülərin və hüquq-mühafizə orqanlarının köməyi ilə doğma ailəsinin izinə düşə bilib:

“O, nəhayət ailəsinin yaşadığı kəndə qayıdaraq yaxınları ilə görüşüb. Qohumları onun şərəfinə xüsusi qarşılanma mərasimi təşkil edib, evə dönüşünü bayram kimi qeyd ediblər. Anası göz yaşları içində qızından üzr istəyib, qadın isə uzun illər ailəsinə yaşatdığı həsrətə görə peşman olduğunu deyib”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: