Günay Hüseyn Xankəndi Dövlət Universiteti ilə bağlı arzusundan danışdı

3 il əvvəl – 25 oktyabr 2020-ci ildə Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Günay Hüseyn sosial şəbəkə hesabında Xankəndi Universitetində dekan olmaq arzusu ilə bağlı paylaşım edib.

Xankəndi tam azad olunduqdan sonra o bu məsələni yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Günay Hüseyn deyib ki, aidiyyəti qurumlara hələ müraciət etməyib:

“Çünki Xankəndidə dövlət idarələri yenicə qurulur. Xankəndi Dövlət Universiteti Azərbaycan tərəfindən bərpa olunmalı və orada bizim milli kadrlarımız çalışmalıdır. Onlar bizim universiteti “artsax dövlət universiteti” adlandırıblar. İndi isə vəziyyət dəyişib, tamamilə yeni situasiya yaranıb. Düzdür, mənim dekan olmağım haqda paylaşımım yarızarafat yazılmış bir status idi, amma çox arzulayıram ki, universitetimiz tez bir zamanda bərpa olunsun”.

G.Hüseyn qeyd edib ki, Xankəndidə müəllim və ya dekan olaraq işləməsini arzulyır:

“Amma bunun üçün ilk növbədə ora əhali köçməlidir. Əhali köçmədən mümkün deyil. Əslində, elm və təhsil naziri Emin Əmrullayevə müraciət etmək olar. İnanın ki, Xankəndidə çalışmaq istəyən kadr çoxdur. Bir də təklif edərdim ki, Xankəndi Universiteti beynəlxalq universitetə çevirilsin. Bu, çox gözəl olar. Arzu edirik ki, Xankəndi Dövlət Universitetində çalışanların əməkhaqqı da elə beynəlxalq səviyyədə olsun!”

Zaira Akifqızı
Globalinfo.az