Bir il öncə bu gün Praqada nə baş verdi? – Şərh

“Bir il əvvəl Praqada keçirilən görüş Azərbaycanın regional proseslərlə bağlı diplomatik addımlarının ən uğurlusu idi. Belə ki, məhz Praqada Ermənistan və Azərbaycan bir- birilərinin ərazi bütövlüyünü tanıdı”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan faktiki olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqlədi:

Kənan Novruzov

“Özü də beynəlxalq ictimaiyyətin qarşısında. Bizə də elə bu lazım idi.

Sözsüz ki, bu gün atılan addımlar əslində həm də Praqa görüşünün nəticələrinə söykənir. Paşinyan sonralar da bir neçə dəfə Qarabağın Azərbaycan ərazisi olduğunu dedi. Çünki başqa yolu yox idi.

Laçın yolunda keçirilən ekoaksiya, ardınca ərazidə sərhəd-keçid məntəqəsinin qurulması, beləliklə, Qarabağa qanunsuz hərbi yüklərin daşınmasının qarşısının alınması, ardınca təşkil olunan antiterror tədbirlər nəticəsində xunta rejiminin təslim olması və terrorçuların həbsi məhz Praqada əldə olunan razılıqların məntiqi davamı idi.

Yəni Azərbaycan Prezidenti İlham Əliyev doğrudan da mahir diplomat kimi davrandı, dəqiq hesablamalar etdi. Əlbəttə, prosesin davamı gələcək. Növbədə Zəngəzur dəhlizinin açılması və regional kommunikasiyaların işə düşməsi var”.

Turan Rzayev
Globalinfo.az