Rusiya gecə saatlarında Ukraynaya məxsus 60 dron vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“PUA-ların əksəriyyəti Krımda və Rostov vilayətində məhv edilib.Bu, müvafiq olaraq 17 və 16 pilotsuz təyyarə olub. Daha 11 pilotsuz uçuş aparatı Azov dənizinin suları üzərində, beşi Kursk vilayəti ərazisində, dördü Saratov vilayətində, üçü Qara dəniz sularında, ikisi Belqorod vilayətində, bir PUA isə Voronej və Oryol vilayətlərinin ərazilərində zərərsizləşdirilib”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az