“Beşiktaş”ın ulduz futbolçusu xəstəxanaya yerləşdirildi

“Beşiktaş”ın kamerunlu hücumçusu Vensan Abubakar xəstəxanaya yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

32 yaşlı futbolçunun halı qəfildən pisləşib və ötən gecə xəstəxanada qalıb.