
Boks 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının idman proqramına daxil edilib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Yunanıstanın Kosta-Navarino şəhərində keçirilən 144-cü sessiyasında qərar qəbul olunub.
Beynəlxalq Boks Assosiasiyası (IBA) ilə bağlı davam edən narahatlıqlar səbəbindən boks 2022-ci ilin fevralında IOC sessiyasının təsdiq etdiyi qərara əsasən 2028-ci il Olimpiadasının idman proqramından çıxarılmışdı.
Qeyd edək ki, Los-Anceles Yay Olimpiya Oyunları 14 – 30 iyul 2028-ci ildə keçiriləcək.