Ismayil BC999qayi

“Hazırda ABŞ-la danışıqlar aparmırıq”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

O bildirib ki, Omanla aparılan müzakirələr gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması ilə bağlıdır.

“Məqsəd Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin edən müvəqqəti bir marşrut yaratmaqdır. Dəniz blokadası və ABŞ-ın hərəkətləri davam etdiyi müddətcə Hörmüz boğazında heç bir əhəmiyyətli hadisə olmayacaq”, – Bəqayi bildirib. 

Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp İranla danışıqların keçirildiyini açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: