Belarusdan Ermənistanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA

“KTMT-dən imtina ilə bağlı Ermənistandan heç bir bildiriş almamışıq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz deyib.

O bildirib ki, Belarus gələcəkdə Ermənistanla konstruktiv əməkdaşlığa ümid edir:

“Biz Ermənistanın Baş naziri Nikol Paşinyanın “France 24” telekanalına müsahibəsini gördük. Amma onun açıqlamasının bizim tərəfimizdən hər hansı şərhə ehtiyacı olduğunu düşünmürük. Bizim erməni həmkarlarımızla normal əlaqəmiz var. Ermənistan bizim tərəfdaşımız olaraq qalır. KTMT ilə bağlı məsələlər ikitərəfli qarşılıqlı fəaliyyətimiz zamanı daim diqqət mərkəzində olub. KTMT-nin fəaliyyətinin hüquqi aspektlərinə gəlincə, bununla bağlı bizə heç bir rəsmi bildiriş daxil olmayıb”, – deyə Anatoli Qlaz vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az