ABŞ Silahlı Qüvvələri Hörmüz boğazı yaxınlığında İranın raket sistemlərinə, hava hücumundan müdafiə (HHM) komplekslərinə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sürətli katerlərinə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid ABŞ administrasiyasındakı mənbəyə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, ABŞ qüvvələri Hörmüz boğazı ətrafında yerləşən hərbi hədəflərə qarşı bir neçə zərbə həyata keçirib. Əməliyyat zamanı İranın raket sistemləri, HHM kompleksləri və SEPAH-a məxsus sürətli hücum katerləri hədəfə alınıb.
ABŞ rəsmiləri əməliyyatın nəticələri barədə hələlik ətraflı məlumat açıqlamayıblar. İran tərəfi də hadisə ilə bağlı rəsmi bəyanat verməyib.
Qeyd edək ki, son günlər Hörmüz boğazında baş verən hadisələr regionda gərginliyi daha da artırıb. ABŞ və İran arasında qarşılıqlı ittihamlar fonunda bölgədə hərbi aktivlik yüksək səviyyədə qalmaqdadır.
Aysel Əliyeva
Globalinfo.az