Bayram günü avtobuslar saat 01:30-dək işləyəcək

Bayram günü marşrut avtobusları saat 01:30-dək işləyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sakinlərin və paytaxt qonaqlarının Dənizkənarı Milli Parka səfər etmələrini və ictimai nəqliyyata kütləvi şəkildə axını nəzərə alaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə 31 dekabr 2023-cü il tarixində marşrutların fəaliyyəti saat 01:30-dək təşkil olunacaq.

Sıxlığın yaranmaması və ictimai nəqliyyata olan sərnişin tələbatının ödənilməsi üçün müntəzəm marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi tapşırılıb.