Bayrağa hörmətsizlik edən vəzifəli şəxs şəhid övladıdır – rəsmi açıqlama+VİDEO

“Bərdə Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılmış Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı Aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir”.

Globalinfo.az bildirir ki, Bərdə Rayon İcra Hakimiyyəti hadisə ilə bağlı yaydığı məlumatda qeyd edib.

Bərdə RİH-nin aşıqlamasında qeyd edilib ki, hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb:

“Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı”ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib. Azərbaycan Respublikasının Dövlət bayrağı bütün azərbaycanlıların baş tacı və qürur mənbəyi olduğu kimi rayonun bütün sakinləri üçün də ən müqəddəs dövlət rəmzidir və onu göz bəbəyi kimi qorumaq hər birimizin ümdə borcudur”. Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib”.

***

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Bərdədə Azərbaycan bayrağı ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır. Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı deyi ki, qeyd edilən videogörüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb: “Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.