ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı sərt ittiham səsləndirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə jurnalist Taker Karlsonla müsahibəsində danışıb.
O, Netanyahunu “şərin təcəssümü” kimi dəyərləndirib.
“Əgər onu belə adlandırmaq antisemitizm sayılırsa, onda artıq nə deyəcəyimi bilmirəm. İnsanlar sadəcə gözlərini açıb baş verənlərə baxmalı və həqiqəti görməlidirlər”, – Bayden bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın sabiq prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs qərarı çıxarmasını “hiddətləndirici” adlandırmışdı.
Əliyar Xəlil
Globalinfo.az