634304aef1709634304aef170a1665336494634304aef1705634304aef1707

Almaniya kansleri Olaf Şoltsla və ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu abrədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.

Tərəflər xüsusilə Donbassda keçirilən “referendum”ları pisləyib və Rusiya Federasiyasına qarşı sanksiyaları davam etdirməyə razılaşıblar.

Almaniya kansleri və ABŞ prezidenti bunu BMT Nizamnaməsinin ciddi şəkildə pozulması adlandırıb.

Tərəflər həmçinin Rusiyanı döyüş əməliyyatlarını dayandırmağa və silahlı qüvvələrini Ukraynanın bütün ərazisindən tamamilə çıxarmağa çağırıblar.

Federal kansler və ABŞ prezidenti həmçinin “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində təxribat aktlarını pisləyiblər.

Paylaş: