Bayden Meksika liderinə görə həyat yoldaşını qısqandığını etiraf etdi

ABŞ Prezidenti Co Bayden meksikalı həmkarı Andres Manuel Lopez Obradorla görüşü zamanı həyat yoldaşı Cilin Latın Amerikası liderini bəyəndiyini etiraf edib.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

“Dünən axşam nahar etdik. Sən mənim həyat yoldaşımın yanında oturmusan və o qədər cazibədar idin ki, onun səni məndən çox bəyənməsindən narahat oldum”, – deyə Bayden zarafat edib.

Cavabında Meksika lideri nəzakətlə gülümsəyib və bu açıqlamaya münasibət bildirməyib.