Bakıdan İrəvana sənəd göndərilib – Qriqoryan

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi məsələsi mütəmadi müzakirə edilir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O bildirib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, həmçinin baş nazir müavinləri arasında görüşün baş tutması gözlənilir:

“Görüş yeri və zamanı dəqiqləşdirilməyib. Biz yanvarın 4-də sülh müqaviləsinin mətni ilə bağlı variantımızı Azərbaycana göndərmişdik. Buna cavab olaraq Bakıdan təkliflər paketi göndərildi. Düşünürəm ki, yaxın zamanda xarici işlər nazirləri arasında görüş keçiriləcək və sülh müqaviləsi müzakirə olunacaq”.

İrəvan rəsmisi bildirib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan görüşünün ikitərəfli, yoxsa vasitəçilərin iştirakı ilə keçiriləcəyi hələ bəlli deyil.

Ayşən Mustafa
Globalinfo.az