Bank Ombudsmanına müraciətlər azalıb – Zahid Oruc

“Bank Ombudsmanın yaradılması, əlbəttə müsbət hadisəydi və məhkəmə-hüquq sistemində böyük nüfuzu olan bir şəxsin o quruma rəhbərlik etməsi məhkəməyə alternativ həll imkanlarının yaradılması üçün mühüm təşəbbüs sayıla bilərdi”.

Globalinfo.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Bakıda keçirilən “Bank mübahisələrinin uğurlu həlli yollar” mövzusunda Elmi-Praktik Konfrasında deyib.

O, Bank Ombudsmanına ildən-ilə müraciətlərin azaldığını bildirib:

“Lakin “ənənələr qanunlardan üstündür” fəlsəfəsi öz təsirini göstərdiyi üçün statistik mənzərə məhkəmlər və qeyri-inzibati vasitələr arasında dinamikanı izləməyə imkan verir. Belə ki, Ombudsmana edilən müraciətlərin sayı ildən-ilə azalıb: 2017-ci ildə 165, 2018-ci ildə 150, 2019-cu ildə 89, 2020-ci ildə 55, 2021-ci ildə 31 və nəhayət, ötən il cəmisi 26 müraciət olub…Xatırladaq ki, problemli kreditlər bu ilin 1 mayına olan məlumata görə, 591.8 milyon təşkil edib. Lakin biz indi həmin rəqəmin əvvəlki ildən 0.3 faiz az, yaxud çox olması üzərində dayanmayacağıq. Müvafiq dövlət və hökumət institutları nəhayət, yarım milyard təşkil edən borc yükünün subyektləri arasında problemin birdəfəlik həlli yollarını tapacağı təqdirdə, biz o yükü ildən-ilə ötürmərik. Müzakirələrin əsas məqsədi bank və maliyyə mübahisələrinin sivil həlli yollarını tapmaq, ona rəvac verən sosial-iqtsadi, eləcə də hüquqi problemləri ortaya çıxarmaqdır”.