Bakının mərkəzində baş vermiş qəza yolda tıxac yaratdı

Bakının 28 May küçəsində baş vermiş qəza yolun bağlanmasına səbəb olub.

Globalinfo.az xəbər verir ki, hadisə 23 nömrəli tam orta məktəbin qarşısında baş verib.

Belə ki, yolayrıcında hərəkət zamanı “Lexus” markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində avtomobillərə yüngül zərər dəysə də, xəsarət alan olmayıb.

Bununla belə hərəkətin sıx vaxtında baş vermiş qəza yolda tıxaGLOca səbəb olub.