774b6bd1 1f4d 34a5 8d16 79dc632d6e65

Türkiyənin xarici işlər naziri Hakan Fidanın və müdafiə naziri Yaşar Gülərin Pakistana səfəri maraqla qarşılandı. Ankara rəsmiləri İslamabadda Pakistanın Baş naziri Şabaz Şərif və ölkədəki həmkarları ilə mühüm görüşlər keçirdilər.

Xüsusən Hakan Fidanın Pakistanın xarici işlər naziri Məhəmməd İshak Dar ilə bir araya gəlməsi diqqət çəkdi. Türkiyənin XİN başçısı görüş sonrası baş tutan nazirlərin birgə mətbuat konfransında türk şirkətlərinin Pakistan sahillərində neft və təbii qaz kəşfiyyatı ilə məşğul olacaqlarını açıqladı. Həmçinin iki ölkənin müdafiə nazirləri də hərbi sahəsdə əməkdaşlığı müzakirə ediblər.

Bu, son zamanlarda Türkiyə, AzərbaycanPakistan arasında münasibətlərin inkişafı fonunda xüsusi diqqət çəkir.

AnkaraBakı-İslamabad oxu Qafqazda hansı təsir rıçaqlarına malikdir?

Globalinfo.az-a danışan Pakistanın Kəraçi şəhərindən olan geostrateji analitik və beynəlxalq məsələlər üzrə köşə yazarı İmran Xalid deyib ki, Türkiyə şirkətlərinin Pakistan sahillərində neft və təbii qaz kəşfiyyatı ilə məşğul olması üçün əldə olunan razılaşma iqtisadi əlaqələrin dərinləşməsini vurğulayır:

“Bu iqtisadi güc geosiyasi təsirə çevrilir və oxa ümumi iqtisadi maraqları və layihələri, o cümlədən Zəngəzur dəhlizi kimi bir əlaqə üçün təşəbbüsləri təşviq etməyə imkan verir.

TürkiyəPakistan müdafiə nazirləri arasında hərbi əməkdaşlığa dair müzakirələr, həmçinin BakıAnkara-İslamabad birliyində mövcud birgə hərbi təlimlər təhlükəsizlik sahəsində güclü tərəfdaşlığın olmasını vurğulayır. Bu gücləndirilmiş müdafiə qabiliyyəti çəkindirici rol oynayır və regional sabitliyə hər hansı təhdidlərə qarşı vahid cəbhənin olduğuna işarə edir.

0221e904 2172 474e 84b9 6e69a2663677
İmran Xalid

Bu ox ortaq mədəni, tarixi və strateji maraqlara əsaslanan güclü geosiyasi birliyi təmsil edir. O, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiya üzrə təsir qabiliyyətinə malikdir və regiondakı qüvvələr balansına əhəmiyyətli dərəcədə təsir göstərə bilər”.

Analitik bildirib ki, TürkiyəPakistan Azərbaycanın ərazi bütövlüyünü, Cənubi Qafqazda sülh və mehriban qonşuluq münasibətlərinin bərqərar olması səylərini ardıcıl olaraq dəstəkləyiblər:

“Bu diplomatik və siyasi dəstək Azərbaycanın danışıqlarda əlini və beynəlxalq aləmdə mövqeyini gücləndirir.

AnkaraBakı-İslamabad oxu Qafqazda sabitliyi pozmaq və ya üzv dövlətlərin suverenliyinə xələl gətirmək məqsədilə edilən istənilən xarici cəhdlərə qarşı güclü balans yaradır. Bu, regional özünə inam və kollektiv təhlükəsizlik hissini gücləndirir”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: