
Macarıstan Avropa İttifaqının (Aİ) Ermənistana ayırdığı 10 milyon avroluq hərbi yardım paketini əngəlləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azadlıq” məlumat yayıb.
Avropa Sülh Fondundan ayrılan pulun Ermənistanda hərbi çadır düşərgələrinə sərf edilməsi nəzərdə tutulub. Lakin Macarıstan buna mane olub.
Məlumata görə, rəsmi Budapeşt Azərbaycanın üzərindən blokadanın qaldırılmalı olduğunu vurğulayıb və Bakının da müzakirələrdə iştirak etməli olduğunu bildirib.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvü olan Macarıstan bundan öncə də Aİ-dən Ermənistana yardımların ayrılmasına mane olub.
Ayşən Mustafa
Globalinfo.az