WhatsApp Image 2025 03 17 at 14.40.20

Cənubi Qafqazda mühüm diplomatik rol oynayan Azərbaycanın Türkiyə–İsrail münasibətlərində də vasitəçi mövqeyinə sahib ola biləcəyi haqda fikirlər səslənir. Bildirilir ki, Bakı regional proseslərdə qazandığı etimad və balanslı xarici siyasət kursu sayəsində tərəflər arasında dialoqun qurulmasına töhfə verə bilər.

Azərbaycanın Türkiyə–İsrail münasibətlərinin normallaşmasında vasitəçi olması mümkündürmü?

Globalinfo.az-a danışan Bakı Politologiya Klubu İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov bildirib ki, Azərbaycan hər zaman Türkiyənin yanında olduğunu əməli addımları ilə sübut edib:

“Prezidentin köməkçisi Hikmət Hacıyev də son müsahibəsində bu məsələyə toxunmuşdu. Onun da dediyi kimi, Türkiyənin olmadığı yerdə Azərbaycan, Azərbaycanın olmadığı yerdə isə Türkiyə var. Bu, sadəcə şüar deyil, illər ərzində öz təsdiqini tapmış siyasi reallıqdır.

Azərbaycan tərəfi dəfələrlə Türkiyənin iştirak etmədiyi platformalarda Ankaranın haqlı mövqeyini müdafiə edib. Türkiyə ilə İsrail arasında davam edən ziddiyyətlərin aradan qaldırılması istiqamətində rəsmi Bakı indiyədək müxtəlif addımlar atıb və bundan sonra da atacaq”.

zaur memmedov yeni 1 900x737 1

Zaur Məmmədov

Politoloq vurğulayıb ki, İsrailin qondarma “erməni soyqırımı” iddialarını tanımaması məsələsində də Azərbaycanın mühüm rolu olub:

“Məhz rəsmi Bakının apardığı ardıcıl diplomatik fəaliyyət nəticəsində bu məsələ İsrail siyasi gündəmində irəli aparılmadı. Halbuki həmin dövrdə bununla bağlı ciddi müzakirələr gedirdi.

İsrail mətbuatında yayılan məlumatlara görə, Azərbaycanın uzunmüddətli və sistemli diplomatik fəaliyyəti nəticəsində Benyamin Netanyahu hökuməti bu məsələdə sonadək getmədi və qondarma “erməni soyqırımı” iddialarının tanınması gündəmə gətirilmədi. Bu, olduqca vacib məqamdır. Bakı bununla bir daha sübut etdi ki, öz xarici siyasətində qardaşlıq prinsipinə sadiqdir və Türkiyənin milli maraqlarını hər zaman diqqətdə saxlayır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: