Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-5001 Bakı-Dehli reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təyyarə yerli vaxtla saat 02:50-də Bakı hava limanına uğurla eniş edib.
Reysin sərnişinləri Dehli şəhərinə digər təyyarə ilə 06:25-də yola düşüblər