Bakıdakı toyda dünya çempionatını izlədilər – VİDEO

Qətərdə keçirilən dünya çempionatının final oyunu ölkəmizdə də böyük maraqla qarşılanıb. 

Globalinfo.az BAKU.WS-ə istinadən xəbər verir ki, paytaxt restoranlarında keçirilən toy məclislərində bir ilk yaşanıb.

Belə ki məkanlardan birində baş tutan toy dayandırılıb və Argentina ilə Fransa yığmaları arasında keçirilən dünya çempionatı nümayiş olunub.

Digər bir toy məclisi isə futbol matçının şadlıq sarayındakı ən böyük monitorda göstərilməsi ilə böyük marağa səbəb olub.

Lentə alınan videolar sosial platformalarda yayılaraq gündəm olub.

Xatırladaq ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.

Həmin görüntüləri təqdim edirik: