Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Ramiz Qəmbərov küçəsində avtomobil təmiri sexinin ərazisində təkər tullantıları yığılmış yerdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Globalinfo.az xəbər verir ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
***
Bakıda güclü yanğın başlayıb.
Globalinfo.az xəbər verir ki, yanğın Xətai rayonunun Ramiz Quliyev küçəsində təkər tullantıları toplanmış qarajda qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.az-a bildirilib ki, qurumun “112” qaynar xəttinə ilkin məlumata əsasən təkər tullantıları toplanmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub. Hazırda söndürülmə işləri davam edir.
Qeyd edək ki, yanğının baş verdiyi qarajın yaxınlığında Respublika Neyrocərrahiyyə Xəstəxanası, yanacaqdoldurma məntəqəsi və yaşayış binası var.
Həmin görüntüləri təqdim edirik: