Bakıda tanınmış musiqiçi vəfat etdi – FOTO

Yanvarın 28-i gecə saatlarında tanınan klarnet ifaçısı Hacı Həmidoğlu 67 yaşında dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, onun vəfat səbəbi hələ ki bilinmir. Hacı Həmidoğlu əslən Novxanı kəndindəndir. Uzun illər müxtəlif musiqi kollektivlərində, ansbllarda çalışıb. Zamanında Bakı toylarının ən dəbdə olan musiqiçi olub.

H.Həmidoğlu “Könül”, “Qafari”, “Qələbə”, “Fəvvvarə” kimi məşhur musiqilərin bəstəkarı kimi də tanınıb. O, bir çox tanınmış müğənniləri müşayiət edib və çoxsaylı musiqiçilərin yetişməsində xidmətləri olub.

O, bu gün Novxanıda dəfn ediləcək.

Allah rəhbət eləsin.

Malik

Globalinfo.az