Bakıda saxlanılan cinayətkarlar Şahramanyana zəng edib…

Qarabağdakı keçmiş və qondarma qurumun keçmiş “rəhbərləri”, hazırda Bakıda istintaqları aparılan müttəhimlər Samvel Şahramanyanla əlaqə saxlayırlar.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Qarabağddakı keçmiş qondarma “parlamentin” qondarma “deputat”ı olmuş David Qalstyan deyib.

O bildirib ki, Bakıda həbsdə olan müttəhimlər ailələri ilə də vaxtaşırı əlaqə saxlayırlar:

“Onlar səhhətləri haqda da danışır, deyirlər ki, onlara işgəncə verilmir, vəziyyətləri normaldır”.

Qeyd edək ki, Qarabağdakı keçmiş xuntanın qondarma başçıları olan cinayətkarlar – Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, rusiyalı milyarder, “dövlət naziri” Ruben Vardanyan, keçmiş “komandir” Levon Mnatsakanyan, “komandiri müavini” David Manukyan və s. yaxalanaraq, Bakıya gətiriliblər.