Bakıda nəşriyyat direktorunun evi yandı – FOTOLAR

nesr yangin

“Mücrü” Nəşriyyatının direktoru, yazıçı-naşir Müşfiq Feyziyev (Füşfiq Xan) bədbəxt hadisə ilə üzləşib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə noyabrın 5-i səhərə yaxın Abşeron rayonunun Qobu qəsəbəsində baş verib.

Elektrik naqillərindəki qısaqapanma nəticəsində ikimərtəbəli evin mansard hissəsində yanğın başlayıb. Qısa müddətdə alov bütün evi bürüyüb.

Həmin vaxt Müşfiq Xan özü də ailə üzvləri ilə birgə evdə olub. Xoşbəxtlikdən vaxtında müdaxilə edərək ailəsini evdən çıxara bilib, heç biri xəsarət almayıb. Amma ev bütün əşyaları ilə birgə külə dönüb.

“Mücrü” nəşriyyatının anbarı da evdə yerləşib. Yanğın nəticəsində anbarda olan bütün kitablar digər əşyalarla birgə məhv olub. Bununla da nəşriyyata külli miqdarda ziyan dəyib. Bu səbəbdən yaxınları, yazar dostları Müşfiq Xana dəstək məqsədilə kampaniya başladıblar.

Qeyd edək ki, bu, naşirin başına gələn ikinci oxşar hadisədir. Belə ki, bu ilin yayında da “Mücrü” nəşriyyatının anbarı yanmışdı.

466251086 10160761566903002 4811144759760790731 n
466417095 10160761568403002 2819664504915239205 n
466729025 10160761566798002 147996314344621025 n
466729796 10160761567583002 6759625773071442484 n
466733997 10160761567648002 8107973247656556685 n
466743340 10160761567683002 2479595107412511238 n
466850713 10160761567898002 5433985084025448672 n
466932366 10160761568683002 3859123371279179324 n
466987706 10160761567373002 6182319089069284076 n
462574556 1561922984445993 4060861977079252878 n