Bakıda manyak iki azyaşlıya qarşı qeyri-etik hərəkətlər etdi – VİDEO

Bakının Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Globalinfo.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, araşdırmalarla məlum olub ki, həmin şəxs digər azyaşlıya qarşı da bu məzmunda hərəkətlər edib:

“Əlavə məlumat veriləcək”.

Məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu 93 saylı tam orta məktəbin yaxınlığında baş verib.

***12:45

Bakıda manyak məktəbdən evə qayıdan azyaşlı qızı naməlum istiqamətə aparmaq istəyib. 

Globalinfo.az xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Videodan da göründüyü kimi, azyaşlı qız manyakın təklifini rədd edib və əvvəlcə marketə girib, daha sonra oradan qaçaraq uzaqlaşıb. Baş verənlər ətrafdakı təhlükəsizlik kamerası tərəfindən lentə alnıb.

Daxili İşlər Nazirliyindən saytımıza verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.

Daha ətraflı videoda:

Zaira Akifqızı
Globalinfo.az