Bakıda insan sümükləri aşkarlandı

Bakıda insan skeletinin kəllə və sümükləri aşkarlanıb.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 19-da paytaxtın Binəqədi rayonunun Baksol qəsəbəsi ərazisində insan skeletinin kəllə və 2 ədəd bazu sümüyünə bənzər sümüyün aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma başlanaraq, müvafiq ekspertizalar təyin edilib.