Bakıda tıxac yaranıb – FOTOLAR

Bakıya qarın yağması sürücüləri ehtiyyatlı olmağa və sürət həddini aşağı salmağa vadar edir. Bunun nəticəsində isə bir çox yollarda uzun tıxaclar yaranır.

Globalinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev hava şəraiti ilə əlaqədar bir neçə küçə və prospektdə yollarda sıxlıq müşahidə edildiyini təsdiqləyib.

DİN rəsmisi bildirib ki, avtomobillərin və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün müvafiq tədbirlər görülür.

“Eyni zamanda Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən tədbirlər görülməsi üçün çevik məlumatlandırma təmin edilir”, – deyə Hacıyev vurğulayıb.

 

Bir işıqlandırma və duman şəkili ola bilər

Bir 1 nəfər, duman, küçə və mətn şəkili ola bilər

Əliyar Xəlil,

Globalinfo.az