
Bakıda Babək prospektində minik avtomobili yanıb.
FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən “GEELY TUGELL” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.