Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda aptek binasının damında dəmir parçasının qalması barədə məlumat daxil olub.
Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində dəmir parçası müvafiq qaydada götürülərək təhlükə aradan qaldırılıb.