Bakıda ağır qəza: 5 nəfər öldü – YENİLƏNİB

Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. 

Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

***15:49

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Nizami rayonunda yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Globalinfo.az-a daxil olan məlumata görə, “Toyota” və “Mercedes” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***13:36

Bakıda ağır yol qəzası olub, 3 nəfər ölüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda, “Şəfa” stadionu yaxınlığında qeydə alınıb.

Qəza “Mercedes” markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a hadisə ilə bağlı göndərilən görüntüləri təqdim edirik: