
Bakının Sabunçu rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsindən yıxılaraq vəfat edən beş yaşlı uşağın autizm sindromlu olduğu məlum olub.
Globalinfo.az-ın məlumatına görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Açıqlama verən qonşulardan biri bildirib ki, uşağın valideynlərinə hadisə barədə xəbəri qonşular çatdırıblar.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı “Xəzər Xəbər”in süjetində:
***
Bakının Sabunçu rayonunda 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
2019-cu il təvəllüdlü R.A. qəsəbədə yerləşən çoxmərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılaraq yerə düşüb. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Bakının Sabunçu rayonunda 5 yaşlı uşaq eyvandan yıxılaraq ölüb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
2019-cu il təvəllüdlü R.A. Şuşa şəhərciyində yerləşən çoxmərtəbəli binanın eyvanından yıxılaraq yerə düşüb. Azyaşlı aldığı xəsarətlərdən keçinib.
Fakt araşdırılır.