IMG 20240531 003455 908

Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun bu gün keçirilən iclasında Bakı və Azərbaycan yeparxiyasının yepiskopu vəzifəsinə seçkilər keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd edilib ki, sözügedən vəzifəyə Stavropol Yeparxiyasının din xadimi iqumen Aleksi Smirnov seçilib.

IMG 20240530 234633 447

Paylaş: