Bakı və Ankara Ermənistanda dəyişiklik edir – Danielyan

“Mövcud hakimiyyət xalqın maraqlarını qorumur”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan ölkənin Baş naziri Nikol Paşinyanın yeni konstitusiyaya ehtiyac olması ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

“Bu gün ölkəmizə mane olan məsələ konstitusiya deyil, erməni xalqı, dövlətçiliyimiz üçün ən böyük təhlükə olan mövcud hakimiyyətdir. Bu iqtidarın dövründə yeni konstitusiyadan söhbət gedə bilməz, çünki həmin konstitusiya erməni xalqı üçün olmayacaq, Türkiyə-Azərbaycan tandeminin ortaya qoyacağı tələblərə əsaslanacaq”, – Q.Danielyan bildirib.

Safura Bənnayeva
Globalinfo.az