Bakı-Quba yolunda maşın çaya aşdı – VİDEO

 

Bakı-Quba yolunun 147 kilometrliyində Qubanın Vəlvələ kəndi ərazisində Vəlvələ çay üstündəki körpünün nasazlığına görə avtomobil çaya aşıb.

Globalinfo.az bildirir ki, hadisə zamanı avtomobilə ciddi ziyan dəyib.

Xəsarət alan sürücü Quba rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Malik
Globalinfo.az