Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb.
Globalinfo.az xəbər verir ki, “Trident” komandasının pilotu Rixard Versxora kuboku gənclər və idman nazirinin müavini Mariana Vasileva təqdim edib.
“Art Grand Prix”dən Viktor Martins ikinci, “Prema Racing”dən Andrea Kimi Antonelli üçüncü yeri tutub.
Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək.
***
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.
Globalinfo.az xəbər verir ki, “Trident” komandasından Rixard Versxor bütün rəqiblərini qabaqlayıb.
“Art Grand Prix”dən Viktor Martins ikinci, “Prema Racing”dən Andrea Kimi Antonelli üçüncü yeri tutub.
Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək.
***
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində zəncirvari qəza olub.
Globalinfo.az xəbər verir ki, əsas yarışın startında beş bolid bir-birinə çırpılıb.
Onlardan bir neçəsi isə dağılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb və qısa fasilə yaranıb
Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da başlayacaq.
***
Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.
Globalinfo.az xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır.
Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Van Amersfoort” komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə “Trident”də çıxış edən niderlandlı sürücü Rixard Versxor finişə hamıdan tez çatmışdı.
Ötən gün təşkil olunmuş sprint yarışında isə ən yaxşı nəticəni “PHM AIX Racing” komandasının paraqvaylı pilotu Yosua Dürksen göstərmişdi.
Bu gün, həmçinin saat 15:00-da Formula 1-də əsas yarış başlayacaq.